Search
Pasha_Heyat_Sigorta_logo_030212

“PAŞA Həyat” 5 yaşını qeyd edib

“PAŞA Həyat” sığorta şirkəti fəaliyyətə başlamasının 5 illiyini qeyd edib.

Sığorta şirkəti Maliyyə Nazirliyinin müvafiq lisenziyası əsasında fəaliyyətə başlayıb. “PAŞA Həyat” Azərbaycan iqtisadiyyatına, o cümlədən ölkənin sığortası bazarının inkişafına öz mühüm töhfəsini verərək ölkənin ən aparıcı həyat sığortası şirkəti statusuna nail olub.

Fəaliyyətinin 5 ili ərzində düzgün və uğurlu strategiyanın tətbiq edilməsi nəticəsində “PAŞA Həyat” Azərbaycan sığorta bazarının güclü maliyyə dayanıqlılığı olan, həmçinin göstərdiyi yüksək sığorta xidmətlərinə görə müştəri məmnuniyyəti qazanan, yüksək inkişaf meyllərini daim davam etdirən, eləcə də ictimaiyyət arasında ən etibarlı şirkət statusu qazanaraq korporativ dəyərlərə malik bir maliyyə qurumu imicini formalaşdırıb.

Fəaliyyəti dövründə şirkət nizamnamə kapitalını 5,75 dəfə artıraraq 40,250 milyon manata, aktivlərinin həcmini isə 150 milyon manata çatdırıb. Aktivlərinin həcminə görə “PAŞA Həyat” Azərbaycanın ümumi sığorta bazarının ən iri sığorta şirkəti hesab olunur. Bununla yanaşı, şirkət ötən ildə həyat sığortası məhsulları üzrə toplanan yığımların həcminə görə (54,527 milyon manat) ölkədə fəaliyyət göstərən sığorta şirkətləri sırasında ikinci yerdə qərarlaşıb.

Hazırda “PAŞA Həyat” müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta” və digər könüllü həyat sığortası məhsulları təklif edir.

AZƏRTAC




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir