Search
Qarant_AVTO_FAYDA_POSTER (3)

“Qarant Sığorta”dan yeni məhsul – «AVTO FAYDA»

“Qarant Sığorta” şirkəti avtomobil sahibləri üçün yeni – “Avto fayda” məhsulunu təqdim edib. Şirkətdən fins.az-a verilən məlumata görə, “Avto fayda” sığorta paketində azadolma məbləği (franşiza) nəzərə tutulmayıb. Yəni müştəriyə dəyən zərər bütünlüklə ödənilir.

«Avto fayda» məhsulu iki növdə təqdim olunur:
– 150 manat sığorta haqqı müqabilində 2 500 manat sığorta təminatı
– 210 manat sığorta haqqı müqabilində 4 000 manat sığorta təminatı

Bu sığorta haqqının müqabilində «Avto fayda» bütün zəruri təminatları – avtomobilin dəyərinin və ya qəza səbəbiylə onu təmir dəyərinin ödənilməsi, oğurluq, soyğunçuluq, yanğın, ildırım vurması, partlayış, təbii fəlakət, üçüncü şəxslərin qəsdən və qanunsuz hərəkətlər və s.dən sığortanı təmin edir. “Qarant Sığorta” şirkətinin müşaviri Məmmədrəhim Həsənov fins.az-a bildirib ki, “Avto fayda”nın ən böyük üstünlüyü qiymətinn sərfəli olmasıdır: “Ənənəvi tariflərlə hesablananda bahalı avtomobillərin kasko sığortası üçün böyük məbləğ tələb olunduğu halda, avtomobil sahibi cəmi 150 və ya 210 manat ödəməklə avtomobilini sığortalaya bilər”. “Avto fayda” çərçivəsinə nəzərdə tutulan sığorta məbləği isə hətta ən bahalı maşınların zərərini də ödməyə kifayət edir.

Yeni məhsulun mühüm xüsusiyyətlərindən biri sığrta şirkətinin müştərilərə sənədləşdirmə işlərində dəstək göstərməsidir. “Avto fayda”nın müştəriləri hadisə baş verərkən sənədlərin toplanmasında, o cümlədən Dövlət Yol Polisindən hadisə ilə bağlı aktın alınmasında şirkətin köməyinə ümid edə bilərlər. Avtomobilin hadisə yerindən evakuasiya edilməsi də şirkətin hesabına olacaq. M. Həsənovun sözlərinə görə, zəmanətli avtomobillər, qeydiyyatda olduğu diler və ya servisdə təmir olunacaq.

“Avto fayda” məhsulu 1999-cu il və daha sonra istehsal edilmiş avtomobillər üçün nəzərdə tutulub. Bir şərtlə ki, avtomobilin bazar qiyməti sığorta təminatından yüksək olsun.

Bununla yanaşı, “Avto fayda” sığortası birdəfəlik məhsuldur. Yəni bu sığorta bir il ərzində qüvvədə olsa da, yalnız bir dəfə – bir hadisə üçün istifadə oluna bilər. Hadisə nəticəsində dəyən zərər ödənilən kimi sığorta müqaviləsi də qüvvədən düşür.

Yeri gəlmişkən, mütəxəssislərin fikrincə, “Avto fayda”nın bu cəhətinə görə, onun müştəriləri nisbətən kiçik hadisələrlə bağlı şirkətə müraciət etməyə meylli olmayacaq. Yəni bu sığortadan daha böyük zərərlər zamanı istifadə etməyə çalışacaq.

“Qarant Sığorta” şirkətinin məlumatına görə, Azərbaycanda ilk dəfə olaraq “Avto fayda” məhsulu hədiyyə kuponu kimi də təqdim edilir. Yəni bu sığortanı hədiyyə kimi bağışlamaq da mümkündür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir