Search
Qarant_Sigorta_Agenti_logo_Album_040512

“Qarant sığorta” cızılmış maşına 5 min manat ödədi – FOTOLAR

“Qarant sığorta” şirkəti ötən ay 3 sığorta hadisəsinə görə 27 min manata yaxın ödəniş edib. Şirkətdən fins.az-a verilən məlumata görə, ödənişlər kasko sığortası ilə bağlı olub. Belə ki, aprelin 4-də Qəbələ rayonunda şirkətin sığortaladığı “BMW” markalı minik avtomobilini naməlum şəxslər cızıb. Buna görə də, maşının sahibinə dəymiş ziyana görə 5415 manat sığorta ödənişi verilib.

Digər sığorta hadisəsi isə aprelin 9-da, Bakı-Qazax yolunda baş verib. Aprelin 9-da “Daewoo” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək maşını aşırıb. Buna görə, “Qarant Sığorta” 7 961 manat pul ödəyib.

Nəhayət, 3-cü sığorta hadisəsi mayın 1-də qeydə alınıb. Qarşısına çıxan heyvanı vurmamaq üçün avtomobili yolun kənarına çəkmək istəyən “Hyundai Santafe”-nin sahibi maşını yararsız vəziyyətə salıb. Buna görə,ona 13 400 manat sığorta ödənişi edilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir