Search
Qarant Agent logo kicik

“Qarant Sığorta Agentliyi” işçi axtarır – VAKANSİYA

“Qarant Sığorta” agentliyi satış departamenti üçün müştəri xidmətləri üzrə kiçik mütəxəssis vəzifəsi ilə bağlı işə qəbul müsabiqəsi elan edib. Agentliyin insan resursları departamentinin mütəxəssisi Fəridə Qarayeva fins.az–a bildirib ki, Əhmədli, Badamdar  filialı üçün 1, Yasamal və Gənclik filialları üçün 2 vakansiya elan edilib. Namizədlər 18-40 yaşında kişi, ünsiyyətcil, səliqəli və məsuliyyətli, Azərbaycan dili bilikləri yüksək səviyyədə olmalıdır. Bu sahədə iş təcrübəsinin olması mütləq deyil. Əmək haqqı 300-400 manat təşkil edir.

Əsas vəzifə öhdəlikləri:

-Müştərilərlə münasibətlərin qurulması
-Görüşlər keçirmək
-Vaxtları bitmiş sığorta müqavilələrinin bərpası
-Sığorta məhsullarının satışı
Maraqlananlar öz CV formalarını hr@qsa.az ünvanına göndərə bilər. Tel: 012 499 79 76/77,  070 523 84 30, 055 442 60 02




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir