Search
kalendar teqvim

Ən çox qəza bu gün olur – ARAŞDIRMA

Türkiyədə ən çox avtomobil qəzaları bazar ertəsi gününə təsadüf edir. Fins.az-ın məlumatına görə, bu Türkiyənin “Sığorta Məlumat və Nəzarət Mərkəzi”nin (SMNM) apardığı araşdırma zamanı ortaya çıxıb. Qurumun yaydığı məlumata görə ən çox qəza, bazar ertəsi günləri saat 12-dən 1-dək baş verir. Ən çox qəza törədən sürücülər isə 31-35 yaşlarında olanlardır. Qəza törətməkdə ikinci yeri 26-30, sonrakı yeri isə 36-40 yaşlı sürücülər tutur.

Yaşlılar avtomobili daha səliqəli sürürlər – ən az qəzaya 56-dan yuxarı yaşı olanlar səbəb olur.

Türkiyədə gündəlik orta hesabla 2 468, həftə sonları isə 2 min 39 qəza qeydə alınır.

Maraqlıdır ki, ən çox qəza park etmə zamanı meydana gəlir. 100 qəzadan 21-i avtomobili parklama, 15-i qarşıdakı maşınla düzgün ara məsafəsi saxlamamaq, 9-u isə əks yoldan gələn avtomobillə toqquşma ilə bağlıdır.
fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir