Search
Pasha Sigortaa

PAŞA Sığortadan müştəri məmnunluğuna xidmət edən ödəmə imkanı

PAŞA Sığorta şirkəti müştərilərinin rahatlığını təmin etmək məqsədi ilə sığorta haqqının daha rahat ödəmə imkanını təqdim edir.

Şirkətdən daxil olmuş məlumata görə, artıq Worldcard  sahibləri sığorta haqqlarını 6 aya hissə-hissə ödəyə biləcəklər. Belə ki, əgər siz Worldcard sahibisinizsə, avtomobilinizi, əmlakınızı və ya hər hansısa bir mülkinizi sığortaladığınızda sığorta haqqını nağd qiymətinə 6 hissəyə bölmə imkanı əldə edirsiniz. Qeyd edək ki, bu ödəniş imkanı hal hazırda PAŞA Sığortanın L. Tolstoy 170 ünvanında  yerləşən satış məntəqəsində mövcuddur. Şirkətdən aldığımız məlumata görə yaxın günlərdə digər satış məntəqələrində də bu imkan yaradılacaq və həmçinin Smilecard, Kapitalkart, Bolkart sahibləri də bu imkandan yararlana biləcəklər.

Qeyd edək ki, «PAŞA Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. «PAŞA Holding» qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 35 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Nizamnamə kapitalı 50 mln manat olmaqla, “PAŞA Sığorta” kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə Azərbaycanın sığorta və təkrar sığorta bazarında lider mövqeyini gücləndirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir