Search
demirbank

“DəmirBank” kredit satışını davam etdirir

“DəmirBank” müxtəlif istiqamətlərdə kreditləşməni həyata keçirir. Belə ki, bank həm dövlət və özəl müəssisələrində çalışanların istehlak məqsədilə, həm də biznesini artırmaq istəyən sahibkarlara dəstək məqsədilə vəsaitlərin ayrılması davam etdirilir.

Bankdan verilən məlumata görə, sahibkarlar “DəmirBank”dan sərfəli kreditlər əldə edərək öz bizneslərini genişləndirmək imkanı əldə edə bilərlər.

“DəmirBank” kiçik sahibkarlığın inkişafı üçün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaitləri hesabına sahibkarlara güzəştli kreditlər verməkdə davam edir. Bu kreditlər SKMF-nin dəstəyi ilə ölkədə sahibkarlığın inkişafına yönəlmiş dövlət kreditləşmə proqramı çərçivəsində təqdim edilir. Belə ki, sahibkarlar 36 ay müddətinə 6% sərfəli kreditlərdən yararlana bilərlər. Sahibkarlar həmçinin 18 aylıq güzəşt müddətindən də yararlanmış olacaqlar.

Bununla yanaşı, “DəmirBank” Azərbaycan İpoteka Fondu ilə də əməkdaşlıq edir. Uğurlu əməkdaşlığın nəticəsi olaraq “DəmirBank” yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcminə görə 2015-ci ilin yekunlarına əsasən 1-ci yerə layiq görülüb. Qeyd etmək lazımdır ki, “DəmirBank” əhaliyə Azərbaycan İpoteka Fondu hesabına adi və sosial ipoteka ilə yanaşı bankdaxili ipoteka kreditlərini də təklif edir.

Sahibkarlıq krediti və digər kreditlər bankın bütün filiallarında verilir. 26 illik zəngin tarixə malik “DəmirBank” Azərbaycanın aparıcı banklarından biridir. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

APA

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir