Search
Baki sigorta Menzil krediti

Mənzilini sığortalayanlara kredit veriləcək

Azərbaycan aparıcı sığorta şirkətlərindən biri – “Bakı Sığorta” mənzillərin sığortalanması ilə bağlı yeni məhsulunu müştərilərin ixtiyarına verib. Şirkətdən fins.az-a verilən məlumata görə, öz mənzilini “Bakı Sığorta”da sığortalayanlar şirkətin maliyyə sektorundakı tərəfdaş müəssisəsi – “Bank Respublika” tərəfindən illik 9,69%-lik faiz dərəcəsi ilə, 1 illik kredit xətti əldə edəcəklər.

Kredit xəttinin məbləği müştərinin ödədiyi 1 illik sığorta haqqının 3 misli qədər, maksimum 5 min manat olacaq. Sığorta haqqının məbləği isə mənzilin bazar dəyərinin 0,3%i qədər olmaqla müəyyən edilir. Bununla belə, müştəriyə kredit xəttinin açılıb-açılmamasına “Bank Respublika”nın kredit mütəxəssisləri tərəfindən onun ödəniş qabiliyyəti, kredit tarixçəsi araşdırıldıqdan sonra qərar veriləcək.

fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir