Search
amrahbank

“Amrahbank” 1-ci rübü 1,5 milyon mənfəətlə başa vurub

Azərbaycanın sürətlə inkişaf edən banklarından biri olan “Amrahbank” 2014-cü ilin 1-ci rübünü 1,5 milyon manat mənfəətlə başa vurub. Bu barədə Bankın yaydığı məlumatda deyilir.

“Bu göstərici Bankın dinamik inkişafının bariz nümunəsidir”,-məlumtda qeyd olunur.

20 ildən artıqdır fəaliyyət göstərən “Amrahbank” Azərbaycan bankları arasında müxtəlif göstəricilər üzrə öndə olan, paytaxtda və regionlarda yerləşən ən geniş filiallar şəbəkəsinə və yüksək kapitala malik banklar sırasındadır. Hal-hazırda Bankın nizamnamə kapitalı 52 mln. manat təşkil edir.

Qeyd edək ki, Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən “Amrahbank”ın strateji səhmdarıdır.

Hal-hazırda bankın 20 filialə və 2 şöbəsi fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı, Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı kimi regionları əhatə edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir