Search
avtomosbil icbardi

Ötən ay Azərbaycanda avtomobil sahiblərinə 1,2 mln. manatdan çox sığorta ödənişi edilib

İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən məlumata görə, ötən ay ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1 015 sığorta tələbi üzrə 1 209 656 manat məbləğində sığorta ödənişi edilib.

Belə ki, nəqliyyat vasitələrinə dəyən zərər üzrə 926 sığorta tələbi ilə bağlı 1 056 377 manat, əmlaka dəyən zərər üzrə 36 sığorta tələbi ilə bağlı 38 279 manat, sağlamlığa dəyən zərər üzrə 40 sığorta tələbi ilə bağlı 51 000 manat və şəxsin ölümü üzrə 13 sığorta tələbi ilə bağlı 64 000 manat ödənilib.

Bu ilin fevral ayında avtomobillərə dəymiş zərərə görə verilmiş sığorta ödənişlərinin orta məbləği 1 141 manat təşkil edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir