Search
27ccb86

İcbari sığorta haqqının ödənişində dəyişiklik

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı artıb.

İcbari Sığorta Bürosunun hesabatına istinadən xəbər verir ki, 2015-ci ilin iyun ayından başlayaraq orta sığorta haqqı artaraq 80 manatı keçib. Buna qədər orta sığorta haqqı 73-77 manat civarında idi.

2015-ci ilin Dekabr ayında orta sığorta haqqı 82.10 manat təşkil edib. 2014-cü ilin eyni dövründə orta sığorta haqqı 75,03 manat idi.

2015-ci ildə Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 965 min 22 müqavilə bağlanmış, 76 milyon 375 min 74.5 manat sığorta haqqı toplanmışdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir