Search
1

Neftin qiymətinin düşməsinə rəğmən TAP lahiyəsi reallaşdırılacaq

Neftin qiymətlərinin aşağı olmasına baxmayaraq, Transadriatik qaz kəmərinin (TAP) tikintisi davam etdiriləcək. Bunu TAP-ın Yunanıstan üzrə direktoru Rikard Skufias deyib.

Onun sözlərinə görə, maliyyə investisiyaları üzrə qərar artıq qəbul edilib: “Lakin neftin qiymətlərinin aşağı olması xərclərin idarə edilməsinə təsir edə bilər”.

Qeyd edək ki, TAP layihəsi Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsindən qazın Aİ ölkələrinə nəqlini nəzərdə tutur.

TAP-ın tikintisinə 2016-cı ilin ortalarında başlanılması gözlənilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir