Search
21533342

Neftin bahalaşacağı proqnozlaşdırılır

Beynəlxalq Enerji Agentliyinin baş direktoru Fatih Birol neft qimyətlərində artım proqnozlaşdırır. Bu barədə F. Birol “Anadolu” agentliyinə müsahibəsində bildirib.

“Cari ilin yanvar ayında neft qiymətləri 30 dollar ətrafında dəyişirdi, lakin hazırda 50 dollara yaxınlaşıb. Yəni, vəziyyət bizim proqnozlaşdırdığımız kimidir”, – deyə F. Birol qeyd edib.

Neftin bahalaşmasının səbəblərinə toxunan baş direktor bildirib: “Buna səbəb anbarlarda, xüsusən də ABŞ “stock”larında neft ehtiyatlarının azalmasıdır: “Başqa sözlə, bazarda olan neftin həcmi azalıb, tələb isə artıb. Bundan başqa, Kanadada neftlə zəngin olan ərazilərdə yanğının baş verməsi və Nigeriyada neft platformalarına terrorçuların silahlı hücumu nefti bahalaşdırır”.

F. Birol əlavə edib ki, 2017-ci ildə neftin daha da bahalaşacağını proqnozlaşdırır: “Əlbbəttə, bu, bir çox neft hasil dən olan ölkələr üçün yaxşı xəbərdir. Təbii ki, hazırkı qiymətlər bir çox ölkələr, məsələn, Rusiya üçün yetərli deyil. Lakin son 3-4 ay ərzində baş verən 20 dollarlıq bahalaşma onlar üçün yaxşı xəbərdir”.

Mənbə: APA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir