Search
img2025776

Azərbaycan əhalisinin banklara günlük faiz ödənişi

Azərbaycan əhalisi 2016-cı ilin 2 ayı ərzində kreditlər üzrə faizlərin ödənilməsinə 155 milyon manat sərf edib. Bu, hər gün banklara orta hesabla 2,6 milyon manat faiz ödənilməsi deməkdir.

2016-cı ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 10,2 faiz artaraq 6 milyard 459,3 milyon manata çatmışdır.

Gəlirlərin 81 faizi son istehlak xərclərinə, 10,7 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,4 faizi və ya təxminən 155 milyon manatı kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 5,9 faizi isə yığıma yönəldilmışdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir