Search
NBC_bank_NEW_logo_albom_080812

“NBC Bank” təkrar kapitallaşmaya başlayır

Avqustun 21-dən Bakı Fond Birjasında (BFB) “NBC Bank” ASC-nin 10 milyon manat dəyərində adlı, sənədsiz, adi səhmlərinin emissiyası başlayır.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 243,60 manat olan 41 051 ədəd səhm buraxılıb. Yerləşdirmən son tarixi 17 fevral 2015-ci ildir.

Yerləşdirmənin anderrayteri qismində “Texnika Capital Management” MMC çıxış edir.

Emissiyanın yerləşdirilməsi çərçivəsində bankın nizamnamə kapitalı 56,5 milyon manatadək artacaq ki, bu da iyulun əvvəlinə olan göstəricidən 21,5 faiz çoxdur, məcmu kapital isə 59,2 milyon manata çatdırılacaq.

Bankda hesab edirlər ki, ilin sonuna “NBC Bank”ın kapitalı ən azı 50 milyon manat təşkil edəcək ki, bu da Azərbaycan Mərkəzi Bankının minimum tələbinə uyğundur.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir