Search

Özünə inamı necə artırmaq olar?

Özünə inam – özümüz və qabiliyyətlərimiz haqqında müsbət və həqiqi bir anlayışa sahib olduğumuz mənasını verir. Digər tərəfdən, özünə inam əskikliyi isə özündən şübhə etmək, passivlik, boyun əymə, təklik, tənqidlərə qarşı həssas olmaq, etibarsızlıq, depressiya  və sevilmədiyini hiss etmək kimi anlayışlarla təyin oluna bilər.

Özünə inamı necə artırmaq olar?

  • Özünüzə güvənməyə çalışın, özünüz haqqında müsbət düşünün.
  • Ətrafınızdakı insanları özünüzdən üstün görməyin, onlardan daha aşağı olduğunuzu düşünməyin.
  • Həqiqi olan və gözləntilərinizi qarşılayan hədəflər təyin edin. İlk hədəfləriniz başlanğıc səviyyəsində olsun, hər nə qədər o hədəfdə müvəffəqiyyətli olsanız da, o hədəflə yavaş-yavaş irəliləyib yüksəlin.
  • Zəif tərəflərinizin əvəzinə, güclü tərəflərinizə üstünlük verin.
  • Fikirlərinizi müdafiə edin. Başqa sözlə, başqalarının haqqlarını pozmadan öz duyğularınızı, düşüncələrinizi, inanclarınızı, ehtiyaclarınızı dürüst və dəqiq şəkildə ifadə etməyi öyrənin.
  • Haqlı olduğunu düşündüyünüz mövzularda danışmaqdan çəkinməyin.
  • Həyatınızda əhəmiyyətli olduğuna inandığınız problemlərin siyahısını tutun. Daha sonra bunları yaxşılaşdırmağın və ya dəyişdirməyin yollarını yazın. Bütün problemləriniz təbii ki asan və sürətli şəkildə həll edilə bilməz, amma dərhal hərəkətə keçsəniz bəzi uğurlar qazanacaqsız.

TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir