Search
Yapikredi bank

Mobil bankçılıqda “Asanİmza”-nı tətbiq edən ilk bank

“Yapı Kredi Bank Azərbaycan” – Azərbaycanda özünün mobil bankçılıq tətbiqində “Asanİmza” texnologiyasını istifadə edən ilk bankdır

Azərbaycan bankçılıq sistemində öncüllərdən olan “YapıKredi Bank Azərbaycan” ölkədə ilk dəfə olaraq özünün mobil cihazlar üçün nəzərdə tutulan mobil bankçılıq tətbiqində “Asan İmza” mobil elektron imza xidmətini tətbiq etmişdir. Hal-hazırda sözügedən tətbiqdən Android və iOS mobil platforma istifadəçiləri yararlana bilər. Mobil tətbiqi müvafiq olaraq növbəti yükləmə keçidlərindən endirmək mümkündür:

https://play.google.com/store/apps/details?id=com.veripark.ykbaz&hl=enhttps://itunes.apple.com/tr/app/yap-kredi-mobil-bankac-l-q/id954820193?mt=8

Filiala getmədən mobil telefon vasitəsilə sürətli və etibarlı bank əməliyyatları üçün Siz də Yapı Kredi Bank Azərbaycanın Mobil Bankçılıq xidmətindən istifadə edin. Mobil Bankçılıq xidmətinə qoşulmaqla Siz Hesablarınız, Kredit Kartlarınız, Kreditləriniz, Əmanətləriniz haqqında təfərrüatlı məlumat əldə edə, Worldcard borcunuzu ödəyə, Müddətli Əmanət yerləşdirə, Bankdaxili və Ölkədaxili pul köçürə, Valyuta alqı-satqı əməliyyatlarını 7/24 rejimdə rahat və təhlükəsiz şəkildə həyata keçirə bilərsiniz.

“Asan İmza” haqqında:

“Asan İmza” mobil elektron imza – mobil telefonu rəqəmsal şəxsiyyət vəsiqəsi və imza vasitəsi kimi istifadə etməyə imkan verən texnologiyadır. “Asan İmza” texnologiyasını önə çıxaran başlıca cəhət smart kartın oxunması üçün əlavə qurğuların və proqram təminatının istifadəsinə ehtiyacın olmamasıdır. Xidmətin istifadəsi üçün autentifikasiya və elektron imza rəqəmsal açarlarının saxlanıldığı SIM karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir. Ətraflı məlumat üçün:www.asanimza.az

“Asan İmza” mobil elektron imza sistemində istifadə olunan autentifikasiya və elektron imza sertifikatları Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən təqdim edilir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə yaradılmış və Rabitə və Yüksək Texnologiyalar Nazirliyində akkreditasiyadan keçmiş ASXM dövlət və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarına, hüquqi və fiziki şəxslərə təkmil sertifikatlar təqdim etmək hüququna malikdir. Ətraflı məlumat üçün:www.asxm.gov.az

“Yapı Kredi Bank Azərbaycan” haqqında:

Yapı Kredi Bank Azərbaycan bankçılığın hər sahəsində fiziki və hüquqi şəxslər üçün müxtəlif məhsul və xidmətlər təklif edir. Bank yarandığı gündən “xidmətdə sərhəd yoxdur” prinsipinə sadiq qalaraq, müxtəlif çeşidli kredit və depozit məhsulları, eyni zamanda kredit və debet kartları, pul köçürmə, sığorta, internet bankçılıq, mobil bankçılıq və 24/7 fasiləsiz çalışan *0444 Telefon Mərkəzi kimi innovativ həllərini müştərilərin istifadəsinə təqdim edir.

Bankın məhsul və xidmətləri ilə bağlı məlumatı daim yenilənənwww.yapikredi.com.az və
https://www.facebook.com/YapiKrediAZ səhifələrindən, eyni zamanda *0444 Yapı Kredi Telefon Mərkəzindən əldə edə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir