Search
agbank logo 2

“AGBank” ASC çökdümü ?

“Rabitəbank” ASC rəqibi “AGBank” ASC-ni alacağı barədə mətbuatda verilən məlumatları təkzib edir.

Bankın İdarə Heyəti Sədrinin müavini Fərhad Hacınski “Marja”ya bildirdi ki, kütləvi informasiya vasitələrində (KİV) yayılan məlumatlar reallığı əks etdirmir və tamamilə yalandır:

“Biz özümüz də bilmirik ki, bu şayəni kim yayır. Mən rəsmi şəkildə bəyan edirəm ki, hazırda “Rabitəbank” ASC tərəfindən “AGBank”ın alınması və ya birləşməsi üzrə danışıqlar aparılmır. Bankımız  nəyinki “AGBank” ilə, hər hansı başqa bir bank ilə maraqlanmır, belə bir mövzu bizim üçün gündəmdə deyil”.

AGBANK DA TƏKZİB ETDİ

AGBank da, bu gün mətbuatda 11 avqust 2015-ci il tarixində AGBank ASC-nin Rabitə Bank tərəfindən alınması haqqında yayılmış xəbərlərə aydınlıq gətirib.

AGBank-ın İdarə Heyəti Sədrinin müavini Əfqan Cəlilov “Marja”ya bildirib ki, adı çəkilən bankın əsas səhmdarları olaraq Beynəlxalq Maliyyə Korporasiyası, Kazimir Investment Limited və fiziki şəhslər Çingiz Əsədullayev, Yusifov Fərzulla olduğu kimi qalırlar:

“Mövcud səhmdarların hər hansı bir satış planları yoxdur. Bankın başqa bir qurum tərəfindən alınması haqqında verilən məlumat heç bir mənbəyə əsaslanmayan şayiədir”.

Qeyd edək ki, mətbuat  “Rabitəbank” ASC-nin “AGBank” ASC-ni almağa hazırlaşdığını yazıb.

“Rabitəbank”dakı mənbələrə istinadən verilən xəbərlərdə, hazırda iki bankın aktivlərinin konsolidasiyası ilə bağlı təşkilatların səhmdarları arasında danışıqlar prosesinin getdiyi qeyd edilib.

Məlumata görə, bu prosesdə “Rabitəbank”ın investor qismində çıxış edəcəyi və konsolidasiyanın məhz onun brendi altında həyata keçiriləcəyi gözlənilir. Danışıqların və “AGBank”ın alınması prosesinin bu ilin sonuna qədər yekunlaşacağı ehtimal olunur.

XXX

16:56

Azərbaycanın “Rabitəbank” ASC “AGBank” ASC-ni almağa hazırlaşır. Hazırda iki bankın aktivlərinin konsolidasiyası ilə bağlı hər iki təşkilatın səhmdarları arasında danışıqlar prosesi gedir. Bu barədə “Rabitəbank”dakı mənbələrdən məlumat verilib.

Məlumata görə, bu prosesdə “Rabitəbank”ın investor qismində çıxış edəcəyi və konsolidasiyanın məhz onun brendi altında həyata keçiriləcəyi gözlənilir. Danışıqların və “AGBank”ın alınması prosesinin bu ilin sonuna qədər yekunlaşacağı ehtimal olunur.

Qeyd edək ki, “AGBank” ASC 1992-ci ildə, “Rabitəbank” ASC isə 1993-cü ildə fəaliyyətə başlayıb.

***

“Rabitəbank”ın Müşahidə Şurasınbın sədri Zakir Nuriyev açıqlamasında hansısa bankın alınması ilə bağlı məlumatın həqiqəti əks etdirmədiyini və ötən gün bununla bağlı yerli KİV-də yayılan məlumatı tezliklə rəsmi şəkildə təkzib edəcəklərini deyib: “Ümumiyyətlə, bankın alınması ilə bağlı müzakirə yoxdur”.

“AGBank”ın mətbuat xidmətindən isə  bu məsələ ilə bağlı xəbərsiz olduqları bildirilib.

ƏMƏKDAŞI TƏSDİQLƏMİŞDİ

Səhər saatlarında “Rabitəbank”ın maliyyə departamentinin direktoru Nicat Abbasov bu məlumatı təsdiqləmişdi.

Bununla belə o, konkret nəticə olmadığından “Rabitəbank”ın almaq istədiyi bankın adını açıqlamayıb: “Bu məsələlər hələ tam rəsmiləşməyib, dəqiqləşməyib. Buna görə də bankın adının məxfi saxlanılması məqsədəuyğundur. Bu 1-2 günə həll edilən məsələ deyil. Bunun üçün müəyyən müddət lazımdır. Yəqin ki, bir aya bu məsələlər dəqiqləşəndən sonra ictimaiyyətə əlavə məlumat verilə bilər”.

N.Abbasov əlavə edib ki, “Rabitəbank”ın digər bankı almaq niyyəti fəaliyyətinin genişləndirilməsi strategiyasına uyğundur.

“Hazırda “Rabitəbank” zəif banklardan deyil. Rabitəbank bu proses nəticəsində inkişafını gücləndirmək fikrində deyil. Bankımızın inkişaf etməsi üçün özünün yetərincə gücü var. Amma bankımızın digər bankı almasının az da olsa, müsbət təsiri olacaq” – deyə, N. Abbasov vurğulayıb.

Mənbə: Report, APA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir