Search
dollar manat

Dolların məzənnəsi ilə bağlı şad xəbər

Mərkəzi Bank xarici valyutanın bugünə olan məzənnəsi açıqlayıb. Movqe.az-ın Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi saytına istinadən verdiyi məlumata görə, ABŞ dollarının məzənnəsi Azərbaycan manatına nisbətdə zəifləyib. Avqustun 11-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0, 0001 manat və ya 0,01% ucuzlaşaraq 1,0493 manat səviyyəsində qalıb. Bir valyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0014 manat və ya 0,12% artaraq 1,1522 manat olub. Azərbaycan manatı Azərbaycan əhalisinin hazırda daha çox səfər etdiyi Türkiyə vəGürcüstanda nəzərə çarpacaq dərəcədə yuxarıdır. Belə ki, AZN-ə nisbətdə türk lirəsi 0, 3766, gürcü larisi isə 0, 4525 dəyərindədir.

Zülfiyyə Quluyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir