Search
1a27ec3bae4ae85caac072f1738718b0_XL

Mikrokreditlər üzrə bazar lideri Kürdəmirdə

Azərbaycanda mikrokreditlər üzrə bazar lideri “AccessBank” QSC Kürdəmir rayonunda filialını açıb.

“Marja” xəbər verir ki, filial martın 17-də istifadəyə verilib.

Kürdəmir filialı “AccessBank”ın rayonlardakı 29-cu, ölkə üzrə isə 43-cü filialıdır. Beləliklə, hazırda Bankın Bakıda 14, regionlarda isə 29 filialı fəaliyyət göstərir.

KREDİTLƏRİN 86 FAİZİNİ SAHİBKARLARA VERİB

2013-cü ilin yekunları üzrə olan məlumata görə, “AccessBank” QSC-nin 800 milyon ABŞ dollar olan kredit portfelinin 689 milyon dollarını və ya 86%-ni mikro, kiçik və orta sahibkarlığa verilmiş kreditlər təşkil edir. “AccessBank” QSC kreditləri 147101 müştəriyə, o cümlədən 110 699 müştəriyə mikro kredit, 2250 müştəriyə kiçik və orta həcmli kredit, 33526 müştəriyə pərakəndə kredit, 620 müştəriyə isə ipoteka krediti verilib. Bank bu göstəriciləri ilə  mikrokreditlər bazarı üzrə lideridir.

“AccessBank” QSC-nin kredit portfelinin cəmi 9,5%-i  pərakəndə kreditlərin payın düşür. Belə ki, ötən ilin sonuna olan məlumata görə Bank 76 milyon dollar həcmində pərakəndə kredit verib. Bundan başqa bank müştərilərinə 22 milyon dollar həcmində ipoteka krediti verib.

AKTİVLƏRİ 1 MİLYARD DOLLARA ÇATIB

Ötən ilin yekununa olan məlumata görə, “AccessBank” QSC-nin aktivləri 1 milyard dollara, cəmi kapitalı isə 146 milyon dollara çatıb. Bank ötən ili 35 milyon dollar xalis mənfəətlə başa vurub. www.marja.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir