Search
photo_39281

Magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququnu nəzərdə tutan layihə MM-in plenar iclasına tövsiyə olunub

 

Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunan “Hərbi xidmət və hərbi vəzifə haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Parlamentdən  verilən məlumata görə, iclasda komitə sədri Ziyafət Əsgərov layihə barədə məlumat verib.

Layihəyə əsasən, qanunun 21.1.4 cü maddəsində təkcə bakalavr təhsili alanlara deyil, magistr və doktorantlara da hərbi xidmətdən möhlət hüququnun verilməsi nəzərdə tutulur.

Layihə müzakirələrdən sonra MM-in plenar iclasına tövsiyə olunub.

Mənbə: Eurasiadiary

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir