Search
access_qazanc_aze_021013

Pullar kartınıza qayıdır

AccessQazanc nişanı olan ticarət obyektlərində ödəməni AccessBank-ın plastik kartları ilə edin və xərclədiyiniz məbləğin 17%-dək hissəsi kartınıza geri qayıtsın.  

AccessBank-ın yeni xidməti sayəsində, Bankın bütün plastik kart sahibləri qazanc əldə edəcəklər! AccessQazanc – AccessBank-ın plastik kartı ilə ödənilən malın dəyərinin bir qisminin geri qaytarılmasını nəzərdə tutan unikal bir xidmətdir. Bu xidmət sayəsində Bankın bütün plastik kart sahibləri AccessQazanc layihəsinə qoşulmuş ticarət obyektlərində mal və ya xidmətin dəyərini nağdsız qaydada ödəməklə, sərf etdikləri məbləğin 17%-dək hissəsini öz kartlarına geri alacaqlar. Qaytarılan məbləğ ödəniş edən zaman müştərilərə təqdim olunan çeklərin üzərində göstərilir.

Müştərilər bu xidmətdən müxtəlif marketlərdə, restoranlarda, eləcə də geyim, ayaqqabı, məişət texnikası, mobil telefon mağazalarında, tibbi mərkəzlərdə və digər ticarət obyektlərində və xidmət sahələrində istifadə edə bilərlər.

AccessQazanc layihəsi Bankın həm debet, həm də kredit kartlarının sahibləri üçün nəzərdə tutulub.  Qaytarılan vəsait daha sonra istənilən qaydada istifadə oluna, o cümlədən bankomatlardan nağd şəkildə çıxarıla bilər.

AccessQazanc layihəsinə qoşulmuş təşkilatların siyahısı ilə əlavə olunmuş linkə http://accessbank.az/az/news/accessqazanc/#contentLeft daxil olaraq tanış olmaq mümkündür




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir