Search
ac

AccessBank-dan Vakansiyalar.

AccessBank-ın uğurunun əsasını yüksək ixtisaslı kadrlar təşkil edir. Uzunmüddətli karyera yüksəlişi planları, bank daxilində müvəffəqiyyət qazanmaq imkanları, mütəmadi seminar və treninqlər, eləcə də stimullaşdırıcı ödəniş sistemi AccessBank-ın kadr siyasətinin özəyini təşkil edir. Bankın sürətli inkişafı və filiallar şəbəkəsinin genişlənməsi ilə əlaqədar olaraq daima savadlı kadr axtarışındayıq.

AccessBank-da Baş Ofis binasının Meneceri, Tikinti və təmir üzrə Menecer, Çilingər-mexanik və Binanın idarəetmə sistemi üzrə operator vakansiyları üzrə işə qəbul elan edilir.

Maraqlanan şəxslər 07 mart 2014-cü il tarixinə qədər öz CV formalarını cv@accessbank.az elektron poçt ünvanına göndərə bilər və ya 490 80 10 (dax.304) telefon nömrəsinə zəng edə bilərlər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Vakansiyalar üzrə ətraflı məlumatı bu linkdən yükləyə bilərsiniz.

 

AccessBank gənc və perspektivli şəxsləri Kredit Mütəxəssisi vakansiyası üzrə işə dəvət edir.

AccessBank-da çalışmağın üstünlükləri:

  • Sınaq müddəti ərzində əmək haqqı ilə təmin olunma;
  • Stabil əmək haqqı və ədalətli mükafatlandırma sistemi;
  • Mütəmadi seminar va treninqlər vasitəsilə ixtisası artırmaq imkanı;
  • Gənc, fəal va təcrübəli mütəxəssislərlə əməkdaşlıq etmək imkanı;
  • Ölkənin aparıcı banklarından birində kariyera yüksəlişi imkanı;

Namizədlər qarşısında qoyulan tələblər:

  • Ali təhsil
  • Düzgünlük, operativlik və işdə dəqiqlik;
  • Ünsiyyət qurmaq bacarığı və komanda ilə işləmək bacarığı.

 

Maraqlananlar, tərcümeyi-hallarını (CV) bankın istənilən filialında doldura, cv@accessbank.az elektron ünvanına göndərə bilər və ya sadəcə SMS ilə öz adlarını 8151 nömrəsinə göndərə bilərlər




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir