Search
mərkəzi bank

Mərkəzi Bank tender elan etdi

Azərbaycan Respublikasının Mərkəzi Bankı xüsusi proqram təminatlarının, server və şəbəkə avadanlıqlarının, printer və surətçıxarma aparatı kartriclərinin satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR:

Lot-1. Proqram təminatlarının, server və şəbəkə avadanlıqlarının satınalınması.

Lot-2. Printer və surətçıxarma aparatı kartriclərinin satınalınması.

Tender proseduru 4 may 2016-cı il  saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.

2. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

tenderdə iştirak üçün yazılı müraciət;

iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;

tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;

iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış (xarici iddiaçılar tərəfindən məlumat);

Azərbaycan dilində iki nüsxədə (əsli və surəti) tender təklifi (tender təklifi 20 iyun 2016-cı il tarixədək qüvvədə olmalıdır);

tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (əsas şərtlər toplusuna əlavə edilən formada);

Bakı şəhərində servis xidmətinin mövcudluğunu təsdiq edən məlumat;

iddiaçının müvafiq sahədə korporativ müştəriləri və son 1 (bir) il üzrə iş təcrübəsini (korporativ müştərilərin adı, ünvanı, əlaqə telefonu daxil olmaqla) əks etdirən məlumatlar;

əsas şərtlər toplusunda nəzərdə tutulmuş digər məlumatlar və sənədlər.

3. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 3 may  2016-cı il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 25 aprel 2016-cı il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.

4. İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikasının Mərkəzi Bankının aşağıdakı hesabına 1-ci lot üçün 200 (iki yüz) manat, 2-ci lot üçün isə 100 ( yüz) manat məbləğində vəsait köçürməlidirlər:

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Hesab: AZ 25 NABZ 01701190000000001944

M/h: AZ 74 NABZ 01451700000000001944

Kod: 501004

VÖEN: 9900071001.

5. Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında aşağıda göstərilmiş hesaba ödəyə bilərlər: Correspondent Bank: FRNYUS33, Federal Reserve Bank of  New York, corr. account number: 021088221 AZER, account № AZ25NABZ01701190000000001944.

6. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.

7. Malların təchizatı və işlərin görülməsi müddəti:

– 1-ci lot üzrə: proqram təminatları, server və şəbəkə avadanlıqları tender üzrə satınalma müqaviləsi imzalandığı gündən ən geci 45 (qırx beş) təqvim günü ərzində Mərkəzi Bankın inzibati binasında təyin edilmiş yerə təhvil verməlidir.

– 2-ci lot üzrə: 1 (bir) il müddətində printer və surətçıxarma aparatı kartriclərinə dair sifarişçidən yazılı sifariş aldıqdan sonra 5 (beş) iş günü ərzində Mərkəzi Bankın inzibati binasında təyin edilmiş yerə təhvil verməlidir.

8. Qiymətləndirmə meyarları: qiymət və texniki amillər.

9. Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilər.

Tender üzrə əlaqələndirici şəxs: Elman Muradov (informasiya texnologiyaları departamentinin əməkdaşı). Telefon: 493-11-22 (499), faks: 493-83-41, elektron poçt ünvanı: elman_muradov @cbar.az.

Tender komissiyası




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir