Search
b68f954e-d8a0-4d91-967c-3119604000fe_16x9_600x338

Dollar dəyişmək üçün sərfəli banklar

Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan bank “Dekabank” və “Bank VTB (Azərbaycan)”dır. Bu banklarda Amerika valyutası 1,6 manata alınır.

Dollar qiymətləri

Dolları ən aşağı qiymətə alan bank isə “Nikoyl Bank” və “Unibank”dır. Bu bankda alış qiyməti 1,555 manatdır. ABŞ dollarının ən aşağı satış qiyməti isə “Bank Silk Vey”dədır. Bank dolları 1,62 manata satır. Dolları ən yüksək qiymətlə satan bank isə “Azərbaycan Beynəlxalq Bankı”dır. Bankda satış qiyməti 1,6825 manatdır.

Avro qiymətləri

Avronu ən baha alan bank “Atabank” və “Dekabank”dır – 1,79 manata. Avronun ən ucuz götürüldüyü bank isə “Muğanbank”dır – 1,7247 manata. Avronu ən ucuz “Bank VTB (Azərbaycan) satır – 1,815 manata. Avronun ən baha satıldığı bank isə “Atabank”dır – 1,87 manata.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir