Search
340086_480918

Mərkəzi Bankın sədri İsveçrə Konfederasiyasının nümayəndə heyətini qəbul etmişdir

15 iyul 2016-cı il tarixində Mərkəzi Bankın sədri Elman Rüstəmov İsveçrə Konfederasiyasinin Maliyyə naziri, Federal Kansler Ulrix Maurerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan və İsveçrə arasında mövcud iqtisadi əlaqələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.

E.Rüstəmov Azərbaycan və İsveçrə arasında uzunmüddətli sıx əməkdaşlığı vurğulayaraq, hər iki ölkənin maliyyə sektoru, o cümlədən mərkəzi bankları arasında intensiv əməkdaşlıq əlaqələri, həmçinin İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) dəstəyi ilə uğurla həyata keçirilmiş birgə layihələr barədə ətraflı məlumat verdi. Hal-hazırda post-neft dövrü başlamış, iqtisadiyyatda struktur islahatları aparılmaqdadır, insan kapitalının gücləndirilməsi prioritet istiqamətlərdən biri olduğu qeyd olundu.

Ulrix Maurer öz növbəsində təmsil etdiyi ölkənin Azərbaycanla əməkdaşlıq əlaqələrini və ölkədə aparılan iqtisadi islahatları yüksək qiymətləndirərək Azərbaycanın İsveçrə üçün stabil maliyyə bazarlarına malik və vacib partnyor ölkə olduğunu, eləcə də əlaqələrin daha da təkmilləşdirilməsinin zəruruliyi bildirdi. Nümayəndə heyətinin rəhbəri SECO-nun Azərbaycanda fəaliyyətinin davam etdirilməsinə dəstəyin olacağını bildirdi.

Görüşdə həmçinin ölkələr arasında texniki yardım proqramlarının, təcrübə mübadiləsi sahəsində fəaliyyətin genişləndirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir