Search
1450449727212817053_554x360

Yeni “Neftçala Sənaye Məhəlləsi” istifadəyə veriləcək

“Azərbaycan İnvestisiya Şirkəti” ASC Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün sahibkarların qeyri-neft sənayesi üzrə layihə təkliflərinin qəbulunu davam etdirir. İqtisadiyyat Nazirliyi bildirir ki, dövlət başçısının sərəncamına əsasən, Neftçala rayonunda yaradılan Sənaye Məhəlləsinin təşkili işləri tamamlanmaq üzrədir.
Artıq sənaye məhəlləsi üçün ayrılan 10 ha ərazidə xarici və daxili infrastruktur (elektrik, istilik, qaz, su-kanalizasiya, rabitə, nəqliyyat infrastrukturu) yaradılıb, istehsal sahələri, yanğından mühafizə, inzibati və digər təyinatlı obyektlər tikilib. Yaxın günlərdə məhəllə sahibkarların istifadəsinə veriləcək.
Eyni zamanda, Neftçala Sənaye Məhəlləsinin iştirakçılarına və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara bank, sığorta, hüquq və s. xidmətlərin göstərilməsində maraqlı olan hüquqi və fiziki şəxslərin də layihə təklifləri qəbul olunur. Xidmət sahəsində fəaliyyət göstərən sahibkarlar Neftçala Sənaye Məhəlləsinin müasir tələblərə cavab verən inzibati binasında müvafiq yerlə təmin olunacaq.
Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək istəyən sahibkarlar “Azərbaycan İnvestisiya Şirkəti”nə müraciət edə bilərlər.
Xatırladaq ki, Neftçala Sənaye Məhəlləsində yerlər məhduddur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir