Search
6acfb9a4-5767-4284-a196-5901e6c89c08-420x280

Avropa Mərkəzi Bankı 10 milyardlıq istiqrazlar alıb

Avropa Mərkəzi Bankı (ECB) artıq 10 milyard avro həcmində korporativ istiqrazlar alıb.

ECB-nin bazar ertəsi verdiyi məlumata görə, keçən həftənin cümə gününə kimi alınan korporativ istiqrazların həcmi 10.43 milyard avroya çatıb.

ECB aşağı inflyasiya ilə mübarizədə iyun ayından etibarən dövlət istiqrazlarından savayı özəl şirkətlərin istiqrazlarını da almağa başlayıb. Aylıq olaraq isə 80 miyard avro həcmində istiqraz alışının həyata keçirilməsi planlaşdırılır. Lakin bəzi mütəxəssislərə görə, effektivliyi, maliyyə bazarlarında yarada biləcək riskləri və hüquqi baxımından mübahisəli proqramdır.

Proqramın həyata keçirilməsi üçün səlahiyyət Avrozona dövlətlərinin mərkəzi banklarınındır.

InvestAZ

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir