Search
ih

İstehlakçıların maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların maarifləndirilməsi istiqamətində tədbirlərini davam etdirir.
Dövlət Xidmətinin təşkilatçılığı ilə “İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda növbəti belə tədbir martın 29-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecində keçirilmişdir.
Təhsil müəssisəsinin müəllim və tələbələrinin iştirak etdiyi seminarda iştirakçılara istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik barədə məlumat verilmiş, istehlakçı hüquqlarının təmin olunmasında dövlət orqanları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılmışdır.
Tədbir çərçivəsində iştirakçıların istehlakçı hüquqları ilə bağlı sualları cavablandırılmış, onlara istehlakçı hüquqlarına dair müxtəlif maarifləndirici materiallar paylanmışdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir