Search
qel_2

Laboratoriyanın akkreditasiya müddəti uzadıldı

İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin Mərkəzi qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasının  akkreditasiya müddəti 15 aprel 2021-ci il tarixinədək uzadılmışdır. Latviyanın “LATAK” Milli Akkreditasiya Bürosu tərəfindən verilən akkreditasiya sertifikatı qida məhsullarında mikrobioloji, toksikoloji və kimyəvi sınaqların aparılmasını əhatə edir və müayinələrin nəticələri Avropa Birliyi ölkələri tərəfindən tanınır.

Qeyd edək ki, ekspertlər tərəfindən laboratoriyanın beynəlxalq tələblərə uyğunluğunun qiymətləndirilməsi, akkreditasiya sahəsinin daha 5 metod üzrə genişləndirilməsi, Mərkəzi qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasının növbəti 5 il üçün akkreditasiya müddətinin uzadılması məqsədilə keçirilmiş auditin müsbət nəticəsi olaraq laboratoriyaya akkreditasiya sertifikatı təqdim edilmişdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir