Search
ilham-hesen-ruhani

İran bazarı – araşdırılması vacib “mavi okean”dır.

İran İsalam Respublikasının dünyaya açılım etməsi dünya investorlarının diqqətini cəlb etmişdir. Bu vaxta qədər İran əhalisinə tətbiq edilən məhdudiyyətlər bu bazarda çeşidli “mavi oken” potensialını formalaşdırmışdır. İran bazarının düzgün marketinq araşdırmasını apararaq böyük biznes imkanları əldə etmək mümkündür.

Bu gün bizim İranla apardığımız əməkdaşlıq dinamik inkişafla davam edir. Bu həm eneri əməkdaşlığı həm də ölkəmizdə qeyri neft sektorunun inkişaf etdirilməsinə xidmət edir. Amma bu əməkdaşlıq hərtərəfli istiqamətdə aparılmalıdır. Belə ki İranda mövcud olan ciddi biznes potensialından bizim sahibkarlar da yararlana bilərlər. Böyük investisiya proqramlarına ev sahibliyi edən İran bazarı yaxın on illik üçün çox perspektivli görünür. Ən xırda investisiya ilə bu bazarda uğur qazanmaq mümkün olacaq. Xüsusən İranın internet xidmətləri bazarında mühüm boşluqlar mövcuddur.

İran səfirliyindən verilən məlumatlara görə Ölkəmizlə birgə Bank layihəsi üzərində müzakirələr aparılır ki, bu da ölkələr arası ticari münasibətlərin inkişafına xidmət edəcəkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir