Search

“Formula-1” Azərbaycana əhəmiyyətli sayda turist cəlb edəcək

Hazırlıqlar plana uyğun olaraq gedir. Altı kilometr uzunluğunda olan tras asfaltlanmalıdır. Bu asfalt qatı daimi olacaq.

Bu sözləri jurnalistlərə müsahibəsində bu ilin iyununda Azərbaycanda keçiriləcək “Formula-1” Avropa Qran-pri yarışlarının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai diqqətə çatdırıb.

Nigar Arpadarai deyib: “Martın sonundan etibarən “Formula-1” təqvimi canlanır. İlk yarış Avstraliyada olacaq. Biz də çalışacağıq ki, yarış zonalarında təbliğat xarakterli tədbirlər keçirək. Beynəlxalq mətbuatla da ünsiyyətimiz olacaq. Bu da xaricdən olan turistləri cəlb etmək üçün atılan addımdır. Bizə olan diqqət böyükdür. Dünyada olan “Formula-1” mediasının, ən önəmli resursların və kanalların gözü bizdədir. Bu yaxınlarda “Formula-1”in rəsmi saytında Bakı haqqında videoçarx da yayımlanıb. Diqqət böyükdür və biz çox həyəcanla iyunda bütün “Formula-1” azarkeşlərini Bakıda salamlamaq üçün bu vaxtı gözləyirik”.

Ümumilikdə yarış üçün 30 min oturacaq və əlavə olaraq 10 min ayaqüstü yerlərin nəzərdə tutulduğunu söyləyən Nigar Arpadari 10-12 min xarici turistin ölkəmizə gələcəyini deyib. Bildirib ki, onların yerləşdirilməsi üçün xüsusi otellərlə iş birliyi qurulub. Eyni zamanda, Mədəniyyət və Turizm Nazirliyi ilə də əlaqələr yaradılıb. Artıq bu qurum tərəfindən lazımi işlər görülür. Hesablamalarımıza görə, artıq otellərin 60-65 faizi tutulub. Bu, çox gözəl göstəricidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir