Search
JobVacancy1-960x638

Bankda yeni vakansiya

İnsan Resursları və İnzibati işlər üzrə təcrübə proqramı

Vakansiya haqqında məlumat:

“Vijn Fond AzərKredit” MMC (AzərKredit) kiçik və orta sahibkarlara öz bizneslərini genişləndirmək və iqtisadi vəziyyətlərini inkişaf etdirmək üçün onları kreditlərlə təmin edir ki, bununla da ölkənin iqtisadi inkişafına kömək göstərir. Şirkət Azərbaycanda fəaliyyət göstərən ən böyük BOKT-larından biridir. İşəgötürən olaraq AzərKredit, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosferi, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə yatırır.

AzərKredit universitet tələbələrinə təşkilatın aşağıdakı departamentlərində Baş Ofisində təcrübə keçmə imkanı təklif edir:

 İnsan resursları departamenti
 İnzibati şöbə

İnzibati şöbədə təcrübə keçmə imkanı AzərKreditin aşağıda göstərilən filiallarda da mövcuddur:

Sumqayıt
Gəncə
Mingəçevir
İmişli
Sabirabad
Saatlı
Bala-Bəhmənli
Horadiz
Yevlax
Şəmkir
Tovuz
Goranboy

Təcrübə keçmə proqramı bir aydan üç aya gədər müddətinə davam edəcəkdir.

Nəzərinizə çatdırırıq ki, təcrübə keçmə ödənişsizdir.

Tələblər:

• Universiteti yeni bitirmiş məzunlar və ya 3-cü və ya 4-cü kurs tələbələri;
• Azərbaycan dilini (həm yazılı, həm də şifahi) yüksək səviyyədə bilməlidir;
• İngilis dilinin bilməsi arzuolunandır;
• Word, Excel proqramları və məlumat bazalarında işləməyi bacarmalıdır;
• Müraciət etdiyi departamentin işini və işi ilə bağlı mövzuları anlamalıdır;
• Ona həvalə edilən tapşırıqları icra etməli və təşəbbüskar olmalıdır;
• Yüksək səviyyəli ünsiyyət bacarıqları olmalıdır;
• Komandada işləmək və həmkarları ilə mehriban münasibətlər qurmağı bacarmalıdır.

Namizədlər AzərKredit anket formasını dolduraraq bu email ünvanına:intern@azercredit.az (xahiş edirik, email məktubunun Mövzu sətrində “intern” sözünü qeyd edin), və ya Faks nömrəsinə: +99412 597 30 39 göndərməli və ya çap variantını10 mart 2016-cı il tarixədək AzərKredit filiallarına təqdim etməlidir.

AzərKredit anket formasını http://azercredit.az/en/career/how_to_applyinternet səhifəsindən yükləmək və ya AzərKredit təşkilatının baş ofisi yaxud filiallarına müraciət edərək əldə etmək olar.

Xahiş edirik müraciət etdiyiniz department və ya filialı dəqiq qeyd edin. Əks təqdirdə, sizin namizədliyiniz qəbul edilməyəcəkdir.

Nəzərə alın ki, yalnız seçilmiş namizədlər qəbul prosesinin növbəti mərhələlərinə dəvət olunacaqdır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir