Search
1445667460_208597

“InvestAZ” işçi axtarır – VAKANSİYA

“İnvestAZ” satış üzrə menecer vəzifəsinə işçi axtarır. Ali (iqtisadi) təhsilli, müvafiq sahədə 2 il iş təcrübəsi olan, azərbaycan və mükəmməl bilən (ingilis dilini bilənlərə üstünlük verilir) namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.

Əsas vəzifə öhdəlikləri:

Yeni müştərilərin axtarışı, potensial müştərilərin müəyyənləşdirilməsi və onlarla yüksək səviyyədə əlaqələrin qurularaq cəlb olunması;

Şirkətin məhsul və xidmətlərini müştərilərə təqdim edərək birbaşa satışları təşkil etmək;

Yeniliklər haqqında mövcud müştəriləri məlumatlandırmaq;

Namizədə dair tələblər

Ali (iqtisadi) təhsil;

Müvafiq sahədə 2 ildən az olmayaraq iş təcrübəsi (maliyyə sektorunda satış təcrübəsi olanlara üstünlük verilir);

Azərbaycan dilini mükəmməl bilmək (yazılı və şifahi), ingilis rus dilləri (arzu olunandır);

Microsoft Office (Word, Excel), Outlook Express, Internet Explorer;

İnsanları inandırma qabiliyyətinin olması, danışıq və dinləmə qüsuru olmayan;

Gərgin şəraitdə işləyə bilmək bacarığı, səbirli, gülərüz və nəzakətli olmalı;

Ünsiyyət qurma və təqdimat bacarığı olmalı, fikirlərini dəqiq, qısa və dürüst ifadə edə bilməli;

Komandada işləmə bacarığı.

Tələblərə cavab verən maraqlı namizədlər CV-lərini (CV-yə şəkil əlavə etmək mütləqdir) hr@investaz.net e-ünvanına təqdim etsinlər. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Satış üzrə Menecer). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Tel: *1234




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir