Search
14316659825903938919_554x360

“CDB Bank”dan elektron arayış xidməti

“Caspian Development Bank” (“CDB Bank”) bu gündən etibarən kredit əməliyyatlarına elektron arayışları daxil edərək, vətəndaşlara daha rahat xidmət təqdim edir. Bu yenilik “CDB Bank”ın “Elektron hökumət” portalı ilə əməkdaşlığı sayəsində həyata keçirilir.

CDB Bank və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi arasında imzalanan müqaviləyə əsasən artıq vətəndaşlar banka gəlmədən, vaxtlarına qənaət etməklə onlayn rejimdə portala daxil olaraq sistem tərəfindən avtomatik formalaşdırılan arayışı CDB Banka ünvanlamaq imkanına sahibdir. Bunun üçün müştərilər www.e-gov.az “Elektron hökumət” portalına daxil olur, “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti vasitəsilə elektron arayışı formalaşdırır və banka göndərir. Portala elektron imza kartı, ASAN imza və ya istifadəçi adı/şifrədən istifadə etməklə daxil olmaq lazımdır. İstifadəçi adı/şifrəni almaq üçün vətəndaşlar portalda onlayn qeydiyyat xidmətindən istifadə edə bilərlər.

Bu xidmət CDB Bank müştəriləri üçün kredit əməliyyatlarını daha sadə və qısa zaman ərzində həyata keçirmək imkanı yaradır. Daha ətraflı məlumatı 1545 qısa nömrəsinə zəng vurmaqla və www.cdbbank.az saytından əldə edə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir