Search
6596d2a5b93dfdf72d064d5a60d17dd3_XL

İlin ən böyük texnologiya İPO-su: Siz də səhmdar ola bilərsiniz

Pulsuz danışıq və mesajlaşma tətbiqi olan Line, Tokio və Nyu-Yorkda 1.3 milyard dollarlıq səhm satmağa hazırlaşır. Sözügedən satış ilə şirkətin bazar dəyərinin 5.5-6 milyard dollar olacağı proqnozlaşdırılır.

Line, səhmlərinin ilkin açıq kütləvi satışı (İPO) üçün Morgan Stanley, Nomura, JP Morgan və Goldman Sachs ilə işləyir. Satış iyulun 14-də Nyu-Yorkda, iyulun 15-də isə Tokioda keçiriləcək. Satışa hər birinin nominal dəyəri 3300 yen ($32,50) olan 35 milyon səhm çıxardılacaq. Bundan başqa geri almaq hüququ olan (greenshoe option ) 5,25 milyon səhm də satılacaqdır.

Yaponiyada fəaliyyət göstərən Line Corporation şirkəti Cənubi Koreyanın İnternet kontent xidməti operatoru Naver Corporation şirkətinin törəməsidir. Naver axtarış portalı və Hangame oyun xidmətləri Naver Corporation şirkətinə məxsusdur.

Dealogic-ə görə, bu İPO ilin ən böyük texnologiya İPO-su olaraq qeydiyyata düşəcək.

Azərbaycanın “AzFinance” İnvestisiya şirkəti Line-nın səhmdarı olmağa dəvət edir.

Marja




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir