Search
expresss_0-421x280

“Expressbank”ın yeni səhmdarları məlum olub

“Expressbank” ASC-də iştirak payı alan iki fiziki şəxsin adı məlum olub.

Yeni səhmdarlar Hikmət Xammədov və Hafiz Seyidovdur.
Ötən ilin sonuna adı çəkilən şəxslərin “Expressbank”dakı payı müvafiq olaraq 25% və 17% olub. Onlar indiyə qədər Bankın səhmdarı olan “Ador” MMC-nin 42%-lik payını əldə ediblər.
Eyni zamanda, 2015-ci ilin sonuna “Expressbank”ın qalan səhmləri “AZENCO Group” MMC-yə (40%), “EnerqoServis” MMC-yə (17,61%) və “Azərnəqliyyatservis” MMC-yə (0,31%) məxsus olub.
Qeyd edək ki, yeni səhmdarlardan biri – Hikmət Xammədov eyni zamanda “Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları” ASC-də 98,5%-lik paya malikdir.
Xatırladaq ki, “Expressbank” 1989-cu ildə “Azərnəqliyyatbank” adı ilə fəaliyyətə başlayıb və 2010-cu ildə rebrendinq edib.

Report




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir