Search
kredit

BVF istehlak kreditlərinin məhdudlaşdırılmasını doğru sayır

“Mərkəzi Bankın istehlak kreditlərinin artımının yavaşlatmaq istiqamətində təşəbbüsləri düzgündür, amma bu tədbirlərin təsirləri yenidən qiymətləndirilməlidir”.

“Marja”nın məlumatına görə, bu sözləri Bakıda keçirdiyi mətbuat konfransında Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqi deyib.

“İstehlak kreditlərinin sürətlə artması istehlakçıların özləri üçün riskdir. Bir çox insanlar gələcək gəlirlərini nəzərə almadan borc götürülər, bu da sonradan onların yüksək borclanmasına səbəb ola bilər. Daha yaxşı olar ki, kreditlər daha çox özəl sektora yönəldilsin. Bu da iqtisadiyyatın artımına səbəb olar”.

Almorzoqi qeyd edib ki, özəl biznesin də kredit tələb etməsi üçün əlavə tədbirlər görülməlidir:

“Əlbəttə demək olmaz ki, istehlak kreditləri məhdudlaşdırılan kimi banklar korporativ kreditlər verməyə başlayacaqlar. Əlavə tədbirlər görülməli, maliyyə sektoru təkmilləşdirilməli, biznes mühiti daha da yaxşılaşdırılmalı, şəffaflıq artırılmalıdır.  İstehlak kreditləri üzrə kredit faizləri çox yüksəkdir. Bu, bəzi hallarda 30%-ə çatır və bankların mənfəətini artırır. Əgər, bankların istehlak kreditlərindən daha çox  mənfəət əldə edilməsi məhdudlaşdırılarsa, onlar mənfəət əldə etmək üçün digər mənbələr axtaracaqlar. Maliyyə nəzarəti qaydalarınıngücləndirilməsi istiqamətində Azərbaycan Mərkəzi Bankının gördüyü son tədbirlər maliyyə sabitliyini təmin etməyə kömək edəcəkdir, lakin sistemin dözümlülüyünü artırmaq və faiz dərəcəsi marjaları ilə bağlı rəqabətin gücləndirilməsi üçün əlavə tədbirlərə ehtiyac vardır” marja.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir