Search
Ag-bank-Azerbeycan

“AGBank” nizamnamə kapitalı həcmində dəyişiklik

Martın 4-də “AGBank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. Bankın İdarə Heyətinin sədri Yığıncaqda yalnız “AGBank”ın nizamnamə kapitalının 100 milyon manat artırılmasına qərar verilib. Digər məsələlər, o cümlədən “AGBank”ın “Bank Standard”la konsolidasiyası məsələsi müzakirə obyekti olmayıb.

“Səhmdarlar ancaq kapitalın artırılmasına qərar verdilər. Bu da səhm emissiyası yolu ilə həyata keçiriləcək. Yəgin ki, yaxın 1 ay ərzində nizamnamə kapitalı 80 milyon manat artırılacaq, qalan 20 milyon manat isə tədricən kapitala əlavə olunacaq. Bu proses 1 ilə qədər çəkə bilər” – deyə Azər Mövsümov bildirib.

Xatırladaq ki, hazırda “AGBank”ın nizamnamə kapitalı 25 milyon manatdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir