Search
hp

Hesablama Palatasının 2015-ci il fəaliyyəti müzakirə olunmuşdur

Hesablama Palatasının növbəti Kollegiya iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti haqqında hesabat”ı geniş müzakirə olunmuşdur.

İclasda, hesabat ilində Hesablama Palatasının 2015-ci il üçün İş planına əsasən həyata keçirilmiş maliyyə nəzarəti tədbirləri və cari fəaliyyəti, o cümlədən dövlət büdcəsinin və büdcədənkənar dövlət fondların (təsisatların) gəlir və xərcləri üzrə həyata keçirilmiş audit tədbirləri və analitik işlər, maliyyə nəzarəti tədbirlərinin nəticələri üzrə aparılmış təhlillər əsasında müəyyən edilmiş nöqsanlar, eləcə də büdcə prosesinin təkmilləşdirilməsi ilə bağlı təqdim edilmiş təkliflər barədə ətraflı məlumat verilmişdir.

İclasda, eyni zamanda, Hesablama Palatasının korrupsiyaya qarşı həyata keçirdiyi tədbirlər, həmçinin, beynəlxalq və inzibati fəaliyyəti istiqamətində görülmüş işlər üzrə məlumatların Hesabatda əks olunduğu qeyd edilmişdir.

Müzakirələrin sonunda “Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti haqqında Hesabat” təsdiq edilmiş və Hesabatın Azərbaycan Respublikası Milli Məclisində müzakirə üçün təqdim olunması qərara alınmışdır.

Hesablama Palatasının Kollegiyası 2016-cı ilin İş planı ilə nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri üzrə Audit proqramlarını təsdiq etmiş, cari məsələlər müzakirə olunmuş və müvafiq tapşırıqlar verilmişdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir