Search
baki-fond-birjasi

BFB 5 000 000 manatlıq hərrac keçirib

Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının 5 000 000 manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Fonddan verilən məlumata görə, hərracda 4 birja üzvü iştirak edib. Sifarişin ümumi məbləği nominal üzrə 51 174 000 manat təşkil edib.

Sifarişlər 100.6333% qiymətdə təqdim edilib. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 5 000 000 manat məbləğində müəyyən edilib. İstiqraz vərəqələrinin ödəmə tarixi 21 dekabr 2023-cü ildir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir