Search
241479_478824

“ASAN ödəniş” sistemindən daha bir yenilik

İnzibati cərimələr və məhkəmə qərarlarının icrası üzrə ödənişlərin həyata keçirilməsini  nəzərdə tutan www.asanpay.az portalı istifadəçi rahatlığı baxımından yenilənib. Belə ki, portala bir sıra yeni funksiyalar əlavə olunub.

Yeni funksiyalardan biri “ASAN ödəniş” portalı vasitəsilə vətəndaşın cari vaxta cəriməsinin olub – olmaması barədə çıxarışı əldə edə bilməsidir. Bunun üçün www.asanpay.az portalı üzərindən şəxsi kabinetdə “Çıxarışlar” bölməsinə daxil olmaq kifayətdir.

“ASAN ödəniş” sisteminin istifadəçilərə yaratdığı digər imkanlardan biri də inzibati tənbeh tətbiq edilməsi ilə bağlı qərarlara dair məlumatların vətəndaşlara ödənişsiz olaraq SMS vasitəsilə göndərilməsidir.

Yeni qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsinə əsasən İnzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar vətəndaşların “ASAN ödəniş” portalıüzərindən şəxsi kabinetində yerləşdirilməyənədək vətəndaşdan ödəniş tələb edilə bilməz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir