Search
mehriban

İşdə hörmət qazanmağın yolları

İşdə heç kəsin sizə diqqət yetirmədiyini düşünürsünüz?Çox çalışır,qarşılığını isə görmürsünüz?Aşağıdakı ipucları sizə kömək edə bilər.

1.Çox çalışın.Peşəkarlığın təməl qanunlarına (işə vaxtında gəlmək,şəxsi və iş həyatı qarışdırmamaq) əməl edin.İşə müvafiq və səliqəli geyindiyinizdən,ətrafınızdakı insalarla düzgün qarşlıqlı münasibət qurduğunuzdan əmin olun.

2.Əlçatan olun.Özünüzü kağızların arxasında gizləsəniz,səssizcə başınız aşağıda masa arxasında otursanız,bədən diliniz ətrafdakılara  yalnız qalmaq istədiyiniz haqda mesajlar ötürəcəkdir.İnsanlar kobud və bir qədər qəribə olduğunuzu düşünə bilər.Onlara bütün təkliflərə və istəklərə açıq olduğunuzu göstərin.Ofisə başınız yuxarıda gülümsəyərək daxil olun.

3.Diqqətcil olun.Diqqətcil dedikdə, başqasının qapısında “ayaqaltı” olmalı oduğunuz nəzərdə tutulmur.Kiçik bir qayğıkeşlik jesti varlığınızın fərqinə varmayanların diqqətini cəlb edə bilər.

4.Əlavə tapşırıq üçün razılıq verməmişdəəvvəəlinizdə olan resursları nəzərdən keçirin.Əlavə tapşırıqları əlavə vaxtınız varsa, qəbul edin.

5.Görünüşünüzdə dəyişiklik edin.Bu, bir qədər dayaz səslənə bilər,lakin yeni,daha təravətli görünüş insanların sizə olan baxışını dəyişə bilər.Rahatlıq dairənizi tərk etməyin,sadəcə olaraq gözəllik salonuna baş çəkin və sizə rəng qatacaq bir balaca dəyişikliklərin edilməsini xahiş edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir