Search
13346916_1151580184862327_7253609276789269022_n

Facebook istifadəçiləri üçün “TuranBank – 24 il” aksiyası

TuranBank Facebook istifadəçiləri arasında “TuranBank – 24 il” adı altında hədiyyəli aksiyaya start vermişdir. Aksiyanın şərtlərinə əsasən, Facebook istifadəçiləri 1 iyun – 1 iyul tarixləri aralığında bu il özünün 24 yaşını qeyd edən TuranBankın Facebook səhifəsini, bu səhifədə (https://www.facebook.com/TuranBankASC) yerləşdirilmiş təbrik postunu bəyənməli və onu sosial şəbəkədəki dostları arasında paylaşmalıdır. Səhifəni və postu 30 nəfərdən artıq dostu bəyənmiş iştirakçılar növbəti mərhələyə keçəcək və onların arasından 3 nəfər qalib seçiləcək.

Bank tərəfindən qalib seçiləcək iştirakçılar topladıqları real like sayından asılı olaraq aşağıda qeyd olunan mükafatlara sahib olacaqlar:

1-ci yer – 200 AZN mədaxil olunmuş MC Standard kartı
2-ci yer – 150 AZN mədaxil olunmuş MC Standard kartı
3-cü yer – 100 AZN mədaxil olunmuş MC Standard kartı

Aksiyanın şərtləri:

– Aksiyaya qatılmaq üçün iştirakçı ilk növbədə TuranBankın rəsmi Facebook https://www.facebook.com/TuranBankASC səhifəsini və səhifədə yerləşdirilmiş “TuranBank 24 il” postunu bəyənməlidir (like);
– Sonrakı mərhələdə Facebook dostlarını da səhifəni və səhifədə yerləşdirilmiş “TuranBank 24 il” postunu bəyənməyə (like) dəvət etmək lazımdır;
– Növbəti mərhələ keçmək üçün iştirakçıların Facebook dostları TuranBankın https://www.facebook.com/TuranBankASC səhifəsinə daxil olub onu və postu bəyənməlidirlər (like);
– Hər bir iştirakçı aksiyada yalnız özlərinin adlarına açılmış Facebook səhifəsindən istifadə etməklə iştirak edə bilər;
– İştirakçıların cəlb etdikləri dostların Facebook səhifələri öz adlarına, aksiyadan əvvəlki tarixlərdə açılmış olmalıdır;
– Qaliblərin cəlb etdikləri dostların Facebook səhifəsinin real olması yoxlanılacaq;
– Dost sayına qoyulan minimal tələbi yerinə yetirmiş iştirakçılar iyulun 3-dən gec olmayaraq Bankın Facebook səhifəsini və təbrik postunu bəyənmiş dostlarının sayını göstərən bölmənin ScreenShot-unu çıxarıb öz telefon nömrələri ilə birgə ixudiyev@turanbank.az ünvanına göndərməlidirlər;
– Aksiyada Bank əməkdaşları iştirak edə bilməz.

Aksiya və onun nəticələri haqqında ətraflı məlumatı TuranBankın Facebook səhifəsində əldə edə etmək olar (https://www.facebook.com/TuranBankASC).




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir