Search
13239142_1067788763303424_8634002356257573785_n

İLDIRIM BƏY, DOĞUM GÜNÜNÜZ MÜBARƏK!

Bu gün  İldırım Qurbanovun doğum günüdür.

Bu münasibətlə İldırım müəllimi dostları və çalışdığı Merkuri BOKT kollektivi təbrik edir.

Qurbanov İldırım  Daşdəmir  oğlu 01.06.1985 – ci ildə Lerik rayonu Monidigah kəndində anadan olub. 2002 – ci ildə orta təhsili həmin kəndin orta məktəbində başa vurub, Lənkəran Dövlət Universitetinə daxil olmuş, 2006 – cı ildə Universitetin İqtisadiyyat fakultəsini (İnzibati idarəetmə istiqaməti üzrə) bitirmişdir. Ön cəbhədə hərbi xidmətdə olmuş, Təlim Tədris Mərkəzində Ehtiyat zabit Hazırlığı kursunu başa vurmuşdur. Hərbi xidmətdən dərhal sonra 2007 – ci ilin yayında ilk iş fəaliyyətinə “AccessBank”da (o zaman, Mikromaliyyələşdirmə Bankının Lənkəran filalı) başlamış, bir müddətdən sonra  fəaliyyətini “Veysəloğlu” şirkətində İT və Hesablama şöbəsində davam etdirmişdir (2008-2010 – cü illər).  2010 – 2013- cü illərdə  “Dinçer və Carçı oğlu” Azərbaycan – Turkiyə Birgə müəssisəsində “İnsan resursları departementi”nin direktoru işləmişdir. 2013 – cü ildən indiyə kimi “Merkuri Bank Olmayan kredit Təşkilatı”nda çalışır. Hal-hazırda İldırım Qurbanov “Merkuri BOKT”da “Filal direktorunun müavini” vəzifəsində çalışır. O, həmçinin fərdi qaydada bank, maliyyə və iqtisadiyyat sahəsində İqtisadçı-ekspert kimi fəaliyyət göstərir. Ailəlidir, 2 övladı var.

 Biz də taraz.az olaraq İldırım müəllimi təbrik edir və gələcək karyerasında uğurlar arzu edirik.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir