Search
azercell_logo_231013

“Azercell” də uşaqlar üçün təhlükəsiz internet xidmətinə qoşuldu

“Azercell” MMC uşaqlar üçün təhlükəsiz internet xidmətini işə salıb. Bunu jurnalistlərə “Azercell”in prezidenti Vahid Mürsəliyev deyib.

Onun sözlərinə görə, layihə “Kasperski laboratoriyası” ilə birgə reallaşdırılır və Beynəlxalq Uşaq Müdafiəsi Gününə həsr olunub.

V.Mürsəliyev qeyd edib ki, layihə çərçivəsində istifadəçilərə “Azercell” mobil şəbəkəsinin vasitəsilə “Kasperski laboratoriyası”nın məhsullarının əldə edilməsi imkanı təklif ediləcək.

Şirkət 3 yeni məhsulu irəli çəkəcək: “Universal müdafiə”, “Android üçün müdafiə” və “Valideyn nəzarəti”.

Mənbə: Trend



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir