Search
39637d2fd0356fa2a33cc40c09ffdb05_XL

Əmanətlərdə son 3 ildə ən aşağı artım

Azərbaycanda əhalinin banklardakı əmanətlərində son 3 ilin ən aşağı artım tempi qeydə alınıb

Mərkəzi Bankın məlumatına görə, 01 mart 2014-cü il tarixinə əhalinin banklardakı əmanətlərinin həcmi 6 milyard 591 milyon 700 min manat təşkil edib.

İlin əvvəlindən ötən iki ay ərzində əhalinin əmanətləri 195,9 milyon manat, ötən ilin martından ötən müddət ərzində isə 1 milyard 78 milyon 300 min manat artıb.

Diqqət çəkən trend budur ki, əhalinin əmanətlərinin artım tempi aşağı düşüb. Belə ki, 2013-cü ilin yanvar – fevral ayları ərzində əhalinin əmanətləri 303,5 milyon manat artdığı halda, cari  ilin anoloji dövründə 195,9 milyon manat artıb, yəni  107,5  milyon manat və ya 35% aşağı düşüb. 2012-ci yanvar-fevral aylarında əhalinin əmanətlərinin artımı isə 211 milyon manat təşkil etmişdi.

Mütəxəssislər, əhalinin banklara daha az əmanət qoymağa başlamasına, 1 avqust 2013-cü il tarixindən Əmanətlərin Sığortalanması Fondunun  qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 12%-dən 10%-ə endirməsinin səbəb olduğunu söyləyirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir