Search
thumb_20160503111925989

“Bank Standard”da təyin olunmuş məhdudiyyətlər tam aradan qalxır

İyulun 4-dən etibarən “Bank Standard” QSC-də istənilən məbləğdə əmanəti olanların pullarının verilməsinə başlanacaq.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı ANS TV-yə müsahibəsində məlumat verib.

“Həftənin 1-ci günündən “Bank Standard”ın daha fundamental sağlamlaşdırılması prosesinə start veriləcək.

Bankın öhdəliklərinin icrası istiqamətində məhkəmə tərəfindən təyin olunmuş məhdudiyyətlər tam aradan qalxır və “Bank Standard” normal rejimdə fəaliyyətə başlayacaq. Bu barədə biz bazar ertəsi ictimaiyyətə daha ətraflı məlumat açıqlayacağıq” – deyə R.Aslanlı bildirib.

Qeyd edək ki, Bank Standard 1995-ci ildə yaradılıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir