Search
1424616457199859443_1000x669

Bu banka əmanət yerləşdirməklə səyahət şansı qazanacaqsınız

“KredoBank” Novruz bayramı ilə əlaqədar əmanətçiləri üçün “Əmanət yerləşdir və səyahət qazan” kampaniyasına start verib.

Bankdan bildiriblər ki, aprelin 30-dək banka 50 min manat (30 min dollar və ya 25 min avro) məbləğində əmanət yerləşdirən şəxs özü və ailəsi üçün Almaniya, Çexiya, İspaniya, Yunanıstan, Avstriya, Türkiyə, Çin, Tayland, İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri, Vyetnamda oteldə qalmaq üçün hədiyyə qismində vauçer əldə edir. Vauçer əsasında istirahətin müddəti əmanətin məbləğindən və müddətindən asılı olaraq 1-3 həftədir.

Kampaniya ərəfəsində yerləşdirilən bütün əmanətlər (depozitlər) tam şəkildə Əmanətlərin Sığortalanması Fondunun tələblərinə uyğun sığortalanır (xarici valyuta ilə yerləşdirilən əmanətlər 3 faiz və milli valyuta ilə yerləşdirilən əmanətlər 12 faiz illik şərti ilə qəbul edilir).




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir