Search
afd203dfeaddfbaebf0ef160a0a853ac_XL

“Əmanət faizləri aşağı salınsın, biz də kredit faizlərini endirək”

“Kredit faizlərinin aşağı salınmasına əmanət faizlərinin aşağı salınması daha çox imkan yaradar”.

Bunu “Marja”ya “AccessBank”nın İdarə Heyətinin sədr müavini Şakir Rəhimov bildirib.

O, qeyd edib ki, “AccessBank” kredit faizlərini ildən-ilə cəlb edilən vəsaitlər hesabına az da olsa aşağı salmağa çalışır, lakin buna əmanət faizlərinin aşağı salınması daha çox imkan yaradardı:

“AccessBank”ın kredit portfelinin böyük bir hissəsi depozit portfeli ilə bağlıdır. Buna görə, kreditlərin faiz dərəcələri əmanət faizlərindən də asılıdır. Nə qədər əmanət fizləri aşağı düşsə,  biz də kredit faizlərini bir o qədər aşağı sala bilərik”.

Şakir Rəhimov  qeyd edib ki, sonuncu dəfə “AccessBank” QSC-nin “Raiffeisen Bank İnternational AG” vasitəsilə cəlb etdiyi 60 milyon ABŞ dolları sindikatlaşdırılmış kredit də verilən kreditlərin faiz dərəcələrinin cüzi də olsa aşağı salınmasını imkan verəcəkdir:

“Bəli, biz kredit faizlərini endirməyi fikirləşirik. Ümumiyyətlə, “AccessBank” faiz dərəcələrinə daim baxır. Biz ötən 2-3 ilə baxsaq görərik ki, hər il faiz dərəcələri aşağı düşür. Məsələn, keçən illə müqayisədə faiz dərəcələri 3-4% aşağı düşüb”.

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun  qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 10% təşkil edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir